Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

21 may 2020 | 16:00

Firdovsi Cəbrayılovdan, Masallı, Azərbaycan
20 may 2020   president.az

Möhtərəm cənab Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.
Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Çox sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin bu pandemiyaya qarşı apardığı mübarizə üsulundan faydalanırlar. İnanıram ki, Sizin hərtərəfli düşünülmüş siyasətiniz nəticəsində ölkəmiz postpandemiya dövründə öz iqtisadi gücünü sürətlə bərpa edəcəkdir.
Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.
Cənab Prezident, hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,
Cəbrayılov Firdovsi İbadulla oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.

Keçidlər