Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Rəsm və əl işləri" müsabiqələrinin qalibləri mükafatlandırıldı

21 may 2020 | 16:00

Masallıda onlayn qaydada keçirilən "Evdə qal, evdə yarat", "Rəsm və əl işləri" müsabiqələrinin qalibləri mükafatlandırıldı

25 aprel-10 may 2020-ci il tarixlərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 14-29 yaşlı gənclər (Masallı rayon tam orta və ümumi orta ümumi təhsil məktəblərinin VIII- XI sinif şagirdləri , kollec və Ali təhsil müəssələrinin tələbələri) arasında onlayn qaydada keçirilən “Evdə qal evdə yarat” - “Rəsm və Əl işləri” müsabiqələrinin qaliblərinin 21 may 2020-ci il tarixdə mükafatlandırma mərasimi keçirilmişdir

Müsabiqənin əsas məqsədi xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili,eləcədə Ulu öndər Heydər Əliyev məfkurəsinin gənclər arasında geniş təbliğ olunmasından ibarətdir.

“Rəsm” nüsabiqəsi üzrə: birinci yerə Masallı rayon Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Ağayev Valid Akif oğlu, ikinci yerə Masallı Dövlət Regional Kollecinin tələbəsi Qurbanov Xumar Ceyhun qızı, üçüncü yerə Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin şagirdi Məmmədov İsmayıl Anar oğlu layiq görülmüşdür.

“Əl İşləri” müsabiqəsi üzrə: birinci yerə Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi Abbasova Sevgül Zöhrab qızı, ikinci yerə Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin şagirdi Şabanova Fatimə Fəzail qızı, üçüncü yerə Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin şagirdi Ağayeva Nurel Yadigar qızı layiq görülmüşdür.

Müsabiqədə qalib gəlmiş gənclər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində kubok və diplomlarla təltif edilmişdir.

Keçidlər