Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu

22 may 2020 | 16:00

22 may 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri  iştirak edirdi.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin  vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsi məqsədi daşıyan sərəncam və tapşırıqlarının uğurla həyata keçirlməsi naminə (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaşları narahat edən məsələlərin dinlənilməsi üçün onlayn qəbulların böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
RİH başçısı onlayn qəbula qatılan iştirakçıları müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı.
Sonra rayon rəhbəri vətəndaşların qəbuluna başladı.
Öncə Ərkivan qəsəbə sakinləri  Quliyeva Qönçə Sarıbala qızı subartezian quyusunun qazılması, Mövsümova Zöhrə İsaq qızı övladına  əlillik dərəcəsi alması barədə müraciətlərini səsləndirdilər.
Sonra Xəlfələr (Yeyənkənd ərazisi üzrə) kənd sakini Hüseynov Tofiq Qəyyum oğlunun kəndə qaz xəttinin çəkilməsi və içməli su problemi, Musaküçə kənd sakini Mahmudova Kişvər Natiq qızının həyətyanı torpaq sahəsi ilə təmin olunması, Mollaoba (Boradigah ərazisi üzrə) kənd sakini Əbülfəzova Sona Bahadır qızının evi olmaması və işlə təminatı, Kürdəbaz (Qarğalıq ərazisi üzrə) kənd sakini Xəlilova Heyran Əlibala qızının evinin qəzalı vəziyyətdə olması, Güllütəpə kənd sakini Bünyadov Əli Həsənbala oğlunun işlə təmin olunması, Mollahəsənli (Təklə ərazisi üzrə) kənd sakinləri Məhərrəmova Həcər Muxtar qızının ailə vəziyyəti, İbrahimova Zenfira Qorxmaz qızının kreditlə, Xoşçobanlı kənd sakini Əliyev Talıb Əsgər oğlunun əlillik dərəcəsi ala bilməməsi və s. ilə əlaqədar müraciətləri dinlənildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürdü.

Keçidlər