Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mobil qrupların fəaliyyəti davam etdirilir

23 may 2020 | 16:00

Rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işi aparılması məqsədi ilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən 114 nəfərdən ibarət 20 mobil qrup yaradılmışıdır.
Qruplarda İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi, rayon Təhsil şöbəsi, Gənclər Evi Sosial xidmət mərkəzi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri fəaliyyət göstərir.
Fəaliyyət çərçivəsində “Karantin rejiminin yumuşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi altında vətəndaşların maarifləndirilməsi, onlara metodik vəsaitlər, spirt və tibbi maska paylanılması, küçə və obyektlərin girişlərinə metodik vəsaitlərin yapışdırılması həyata keçirilir.
Mobil qruplar tərəfindən 05 may 2020-ci il tarixdən hal-hazıradək ümumilikdə 57249 vətəndaşla maarifləndirici söhbət aparılmış, 10286 metodik vəsait və 3569 tibbi maska paylanılmışdır. Təkcə 23.05.2020-ci il tarixdə 1853 vətəndaşla maarifləndirici söhbət aparılmış, 9 litr tibbi spirt və 1100 ədəd tibbi maska paylanmışdır.
Hal-hazırda mobil qrupların fəaliyyəti genişləndirilmiş şəkildə davam etdirilir.

Keçidlər