Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda karantin rejiminə ciddi nəzarət olunur

28 iyun 2020 | 16:00

Masallıda karantin rejimi ilə əlaqədar prospekt və küçələr, məhəllədaxili yollar, yaşayış massivləri nəzarətə götürülmüşdür.

Masallı şəhərinin giriş və çıxışlarında 10 stasionar post qurulub, 16 patrul xidməti avtonəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət edir. Habelə rayon İcra hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə reydlər keçirilir. Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunaraq barələrində protokol tərtib edilərək cərimə tətbiq olunur. Belə ki, 28 iyun 2020-ci il tarixdə rayon ərazisində 205 yoxlama aparılmış, 6 nəfərin maskasız, 14 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi müəyyən olunmuş, onlardan 10 nəfərinə xəbərdarlıq olunmuş, 4 nəfər isə Polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq cərimə olunmuşdur.

Keçidlər