Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

02 avqust 2020 | 16:00

1. 01 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 01 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal və 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

  4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
01 avqust 2020-ci il tarixdə 346 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 28 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 61 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 1 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 27036 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 1286 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 2321 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 208 nəfər və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
01 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3569 nəfərlə görüşülmüş, onlardan 634 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 3 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 155834 nəfərlə görüşülmüş, 28402 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 205 nəfər və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 01 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3915 nəfərlə görüşülmüş, 28 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 695 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 4 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 182870 nəfərlə görüşülmüş, 1286 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 30723 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 413 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19500 ədəd tibbi maska və 850 litr tibbi spirt paylanmışdır.

7. 01 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 47 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8375 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər