Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kartof yığımı başa çatır

03 avqust 2020 | 16:00

Kartofçuluq Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindəndir.
Bu il tarlalarda ikinci ərzaq məhsulu sayılan bol kartof məhsulu yetişdirilib.

Fermerlər cari ilin məhsulu üçün 880,5 hektar sahədə kartof yetişdirmişlər. Ötən illərin təcrübəsindən bəhrələnən kartof əkib-becərənlər 2020-ci ilin məhsulu üçün ötən ildəkindən 36 hektar çox torpaqda məhsul yetişdirməyə nail olublar.
Fermerlər və məhsul istehsalçıları məhsul yığımını davam etdirirlər.
Rayonun Təklə, Qarğalıq, Təzə Alvadı, Köhnə Alvadı, Öncəqala, Çaxırlı və başqa ərazilərində bu sahədə irəliləyiş var.
Rayonda kartof yığımı kampaniyası başa çatmaq üzrədir. Məhsul istehsalçıları 350 hektardan çox sahənin məhsulunu yığıblar. Bazara 15 min 303 ton kartof çıxarılıb.

295 hektar sahədə məhsul yetişdirən Təklə kəndinin, 210 hektar sahədə kartof yetişdirən Təzə Alvadı, 49 hektar sahədə məhsul yetişdirən Köhnə Alvadı fermerləri artıq 88 faizdən çox sahənin kartofunu yığıblar.

Bu il Masallıda keçən ilkindən daha çox kartof istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, faraş məhsul yetişdirən fermerləri qiymətlər də qane edir.

Keçidlər