Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin 20-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilmişdir.

24 iyul 2014 | 15:00

24 İyul 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 20-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov  açaraq, bildirmişdir ki, 1994-cü il İyulun 26-sı Gənclər və İdman Nazirliyinin yaranması günüdür. Bu münasibətlə bütün gəncləri səmimi qəlbdən təbrik etmişdir. Diqqətə çatdırıldı ki, Üümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Gənclər və İdman Nazirliyinin yaradılması , müstəqil Azərbaycan gənclərininin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu gənclərin Respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratdı. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət  və keyfiyyətcə yeni mərhələsini yaşamaqdadır. Cənab Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Məhz bu diqqət gənclərimizin fəallığını günü-gündən daha da artıraraq onların yeni nailiyyətlər əldə etməsinə şərait yaradır.
Tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin metodisti A.Abbaszadə, "Dəfinə" liseyinin direktoru V.Nəzərov çıxış edərək gənclərimizə bu günkü gün münasibətilə təbriklərini çatdıraraq bildirdilər ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə milli -mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın , sosial sahələrin inkişafına güclü stimul vermişdir. Ölkənin təhsil sistemini yenidən qurulmasına geniş imkanlar açmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamtlərindən birinə çevrilmişdir. Son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişlənmişdir. Bunun bariz nümunəsi olaraq rayonumuzda da xeyli sayda gənclər yüksək ballar toplayaraq ölkəmizin qabaqcıl universitetlərinə  daxil olmuşlar.
Daha sonra tədbirdə rayonun fəal gənclərindən Sübhan Şiriyev, Raci Səfərov , Fərman Qarayev və başqalarını çıxış edərək Gənclər və İdman Nazirliyinin yaranması münasibətilə gəncləri təbrik etmişlər.
Sonda Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən bir qrup fəal gənclərə və idmançılara qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər