Şriftin ölçüsü :

Saytın rəngi :

YÜKSƏK BAL TOPLAYAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

08 sentyabr 2014 | 15:00

08 sentyabr 2014-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon İcra hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə 500-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.
Tədbir iştirakçıları Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzinin girişində tələbələri mərkəzin rəqs dərnəyinin yeniyetmələrdən ibarət qrupu öz möhtəşəm rəqsləri ilə qarşılamışlar.
Sonra mərkəzin iclas zalında tədbir davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını salamlayaraq yüksək balla müxtəlif universitetlərə daxil olmuş tələbələri təbrik etmiş, valideynlərinə və müəllimlərinə xoş arzularını söyləmişdir. Natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açmış və bu qayğının nəticəsinin Masallı təhsilindən də yan keçmədiyini vurğulamışdır.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin müdiri Astan İbişov, rayon İcra hakimiyyəti başçısı aparatının sektor müdiri Seyfəddin Əliyev, Masallı şəhər 1 saylı tam orta məktəbinin direktoru Mirqabil Hüseynov tələbələrdən 678 bal toplamış Tibb Universitetinin tələbəsi Aygün Dadaşova, 675 bal toplamış  Ali Neft Məktəbinin tələbəsi Fərman Qarayev və başqaları çıxış edərək ölkə başçısına və rayon rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil hüseynov tərəfindən 678 bal toplamış Tibb Universitetinin tələbəsi Aygün Dadaşovaya, 675 bal toplamış  Ali Neft Məktəbinin tələbəsi Fərman Qarayevə, 649 bal toplamış Bakı Dövlət Universitetinin tələbəsi Nurlan Əsədzadəyə, 647 bal toplamış Bakı Dövlət Universitetinin tələbəsi Aytəkin Fərəcovaya, 642 bal toplamış Bakı Dövlət Universitetinin tələbəsi Qüdrət Abdullayevə, 631 bal toplamış Bakı Tibb Universitetinin tələbəsi Xaliq Sadıqova və 616 bal toplamış Bakı Tibb Universitetinin tələbəsi Kərim Kərimliyə “Fəxri fərman”lar və pul mükafatları təqdim olunmuşdur.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirərək tədbiri çay süfrəsi önündə davam etdirdilər.

Keçidlər