Şriftin ölçüsü :

Saytın rəngi :

ÇƏLTİKÇİLƏR UĞURLARINI ARTIRIR

01 oktyabr 2020 | 16:00

2020-ci ilin məhsulu üçün Masallı rayonunun səkkiz ərazi vahidində 47 fermer təsərrüfatı çəltik sahələrini genişləndirilərək 253,9 hektar sahədə əkin aparmışdır.

Qeyd edək ki, ötən il rayonda 217 hektar sahədə çəltik əkilmişdi.
Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, güzəştli qaydada gübrələrin və texnikaların satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.
Bu il Masallı rayonunda təsərrüfatçılar əsasən məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bundan başqa çəltik əkini zamanı əkinçilər su sarıdan heç bir əziyyət çəkməyiblər.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyevdən aldığımız məlumata görə rayon ərazisində çəltik biçini uğurla davam edir. Artıq 29 sentyabr 2020-ci il tarixə kimi 167,4 hektar sahədə biçin aparılmış, ümumilikdə 500 tondan artıq çəltik əldə edilmişdir.
Hazırki vaxtadək çəltiyin orta məhsuldarlığı hər hektardan 30 sentnerdən artıqdır.
Hazırda biçin davam etdirilir.
Orta məhsuldarlığın yüksələcəyi istisna olunmur.

Keçidlər