Şriftin ölçüsü :

Saytın rəngi :

Narçılığın genişləndirilməsi təqdirəlayiqdir

01 oktyabr 2020 | 16:00

Ölkəmizdə narçılıq təsərrüfatlarına maraq ilbəlil artmaqdadır.

Masallı rayonunda da torpaq mülkiyyətçiləri bu sahə üzrə yaxşı gəlir əldə etmək əzmindədir.

Öncəqala kənd sakini Emin Yusifov bu məqsədlə 2 hektar sahədə nar bağı salıb.

Artıq altı ildir ki, meyvə bağlarına 8-9 nəfər işçi qulluq edir.

Sahibkarın sözlərinə görə, məhsuldarlığın yüksək olması üçün tinglərin əkinindən başlayaraq becərmə, budama, gübrələnmə daxil bütün mərhələlər mühüm amillərdəndir.

Qeyd edək ki, nar təkcə meyvə kimi deyil, həm də ondan hazırlanmış narşərab, nar şirələri, çaxır məhsulları kimi də ixrac edilir. Bu məhsullara dünya bazarlarında tələbat hər zaman var.

Rayonumuzda da narçılığın genişləndirilməsi təqdirəlayiqdir. İş adamlarımız nar məhsullarının istehsalında maraqlı olmalıdır. Belə olan halda əksər insanların özünəməşğulluğu təmin edilər, maddi rifahı yaxşılaşar.

Nar yığımına oktyabrın 15-dən etibarən başlanılacaq. Bağdan əldə ediləcək məhsul yerli və region bazarlarına çıxarılacaq.

Keçidlər