Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

21 oktyabr 2020 | 16:00

1. 20 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, “Tuva” Tibb Mərkəzi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi və 5 ərazidə 5 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
20 oktyabr 2020-ci il tarixdə 1404 nəfərlə görüşülmüş və onlardan 815 nəfərin maskasız olması müəyyən edilmişdir. Şəhər üzrə 1 nəfər şəxs karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 76237 nəfərlə görüşülmüş və onlardan 20793 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 270 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
20 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4505 nəfərlə görüşülmüş, onlardan 1345 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Kəndlər üzrə 1 nəfər şəxs karantin qaydalarını pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 473248 nəfərlə görüşülmüş, 180633 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 301 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 20 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 5909 nəfərlə görüşülmüş və 2160 nəfərin maskasız olması müəyyən olunmuşdur. Rayon üzrə 2 nəfər şəxsin hər biri 100 manat olmaqla 200 manat cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 549485 nəfərlə görüşülmüş və 201426 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 571 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21320 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.

5. 20 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin qaydalarını pozduğu üçün Masallı şəhəri ərazisində 1 nəfər şəhər sakini 100 manat, Boradigah qəsəbəsi ərazisində də 1 nəfər qəsəbə sakini 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

6. Ümumilikdə rayon üzrə 10297 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər