Şriftin ölçüsü :

Saytın rəngi :

Yeddioymaq kəndi ərazisində çəltik biçini başa çatdırılmışdır

22 oktyabr 2020 | 16:00

Masallı rayonunda bir neçə təsərrüfatlar çəltik zəmilərində işlərini yekunlaşdırmış və bu mövsümdə uğurlu nəticilər əldə etmişlər. Həmin təsərrüfatlardan biri də Yeddioymaq  kəndinin fermerləridir.

Yeddioymaq kəndinin fermerləri cari ilin məhsulu üçün 21 hektar sahədə məhsul yetişdirmişlər. Əkində bütün aqrotexniki tədbirlərə əməl edən əməkçilər artıq biçini başa çatdırmış, hər hektardan 33,05 sentner çəltik əldə etməyə nail olmuşlar. Çəltik biçini zəmilərindən 69,40 ton məhsul əldə edilmişdir.

Keçidlər