Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA TAXIL ƏKİNİ SÜRƏTLƏNİR

23 oktyabr 2020 | 16:00

Mexanizatorlar taxıl əkinini sürətləndirirlər. Bu il buğda səpininə önəm verilir. Belə ki, taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Masallıda torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.

Masallı DAİM-dən aldığımız məlumata görə oktyabrın 22-nə kimi rayon ərazisində  2826.6 hektar sahəyə  buğda toxumu səpilmişdir. Belə ki, ən çox Çaxırlı ərazisində 388 hektar, Öncəqalada  330 hektar və Qarğalıq ərazisində 319 hektar sahədə buğda əkilmişdir. Qeyd edək ki, əkində yerli şəraitə uyğun məhsuldar toxum sortlarından istifadə olunur.

Keçidlər