Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik tərbiyyəsi və dövlətçiliyin təbliği” mövzusunda dəyirmi masa

24 oktyabr 2014 | 15:00

24 Oktyabr 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı rayon Təhsil şöbəsinin dəstəyi ilə  Gənclər Mərkəzində Gənclərin vətənpərvərlik hissinin  yüksəldilməsi  məqsədilə “Vətənpərvərlik tərbiyyəsi və dövlətçiliyin təbliği”  mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi  Camal Manafov  açaraq, əvvəlcə tədbir iştirakçılarını salamladı, sonra bildirdi ki, Hərbi vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə - bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan veir.
Dəyirmi masada Masallı Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisi Emin Nüsrətov, Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov , Digah 4 saylı tam orta məktəbinin hərbi müəllimi Rafiq Abbasov çıxış edərək bildirdilər ki, Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir, Vətəni qorumaq üçün həmişə hərbə hazır olmaq lazımdır. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi nəzarətdə olmalıdır.

Keçidlər