Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda XX Ənənəvi Respublika turniri

08 noyabr 2014 | 16:00

06-08 Noyabr 2014-cü il tarixlədə Masallı  Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilarçılıqı ilə Azərbaycanın əməkdar məşqçısı , yunan-roma güləşi üzrə idman ustası  mərhum Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-roma güləşi üzrə yeniyetmələr arasında  XX-ənənəvi Respublika turniri  keçirilmişdir

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq əvvəlcə bütün idmançılara bu turnirdə uğurlar arzulamış və  Ölkə prezidenti cənab İlham Əliyevin  İdmana göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdi ki,Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş Nadir Yaqub oğlu Ağayevin  xatirəsini  yad etmək, yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.
        Tədbirdə İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxış edərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından əvvəlcə tədbir iştrakçılarını salamladı sonra bildirdi ki, Masallıda  belə mötəbər yarışların keçirilməsi sevindirici haldır. Ölkəmizdə idman infrastrukturu təkmilləşdirilir, bütün bunlar dövlətimizin başçısı, cənab prezident İlham Əliyevin  bütün sahələrdə olduğu kimi idmana olan diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, maddi-texniki baza möhkəmlənir. Ölkə prezidentinin İdmana göstərdiyi diqqət və qayğısından  danışaraq idmançılara uğurlar diləmişdir.
       Daha sonra Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov, Azərbaycan Gülış Federasiyasının vitse Prezidenti “şöhrət” ordenli Elçin Cəfərov çıxış edərək yüksək təşkilatçılığa görə öz minnətdarlığlarını bildirmişlər. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq, idmaçılara uğurlar diləmişlər.
       Dövlət himni səsləndikdən sonra turnir açıq elan edilib

Xatırladaq ki, XX  dəfə keçirilən  ənənəvi Respublika   turnirdə 1998-1999-cu il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri  42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində mübarizə aparmışlar. 16 rayondan 200-ə yaxın idmançının iştrak etdiyi turnir, olduqca gərgin, maraqlı  və mübarizə şəraitində keçirilmişdir . Sonda qalib gəlmiş idmançılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom medal və  sponsor tərəfindən isə pul mükafatı ilə mkafatlandırılmışlar.

Keçidlər