Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2456,5 hektar sahədə vələmir əkiləcək

19 noyabr 2020 | 16:00

Masallı rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin əkini mütəşəkkil davam etdirilir.

Bu barədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorundan məlumat verilib.

Qurum rəsmisi bildirib ki, torpaq mülkiyyətçiləri 11 noyabr 2020-ci il tarixə kimi 2431 hektar sahəyə vələmir səpiblər. Sonra bildirilib ki, daha 25,5 hektar sahədə vələmir səpini davam edəcək. Ümumiyyətlə, cari ildə Masallı rayonunun təsərrüfatlarında 2456,5 hektar sahədə  vələmir əkini proqnozlaşdırılıb.

Qeyd edək ki, vələmir qymətli ərzaq və yem bitkisidir. Vələmir həyat eleksiridir . Ən ağır xəstəni belə ayağa qaldırır. Vələmir sağlamlıqla bağlı problemi aradan qaldırır və insana güc verir.

Vələmirin dəni heyvandarlıq və quşçuluq üçün əvəzsiz qüvvəli yemdir. Dənin tərkibində 12-13% zülal, 40-50% nişasta, 4-6% yağ vardır. Eyni zamanda 11-12% sellüloza, 3,5% kül, 14% su olur. Vələmirin küləşi digər toxumların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır. Küləşin tərkibində 6,9% zülal, 40,7% azotsuz ekstraktiv maddələr, 1,8% yağ, 27,8% sellüloza, 6,8% kül, 16% su olub, 100 kq-nın tərkibində 31 yem vahidi vardır.

Keçidlər