Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir

20 noyabr 2020 | 16:00

20 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı rayon ərazisində karantin qaydalarını pozduğu üçün 1 nəfər rayon sakini 200 manat, 15 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 1700 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər