Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı

12 dekabr 2014 | 16:00

12 dekabr 2014-cü il tarixdə rayonumuzda Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunmuş  ümumrayon anım tədbiri keçirilmişdir. Səhər saatlarından başlayan anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun  hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Heydər Əliyevin abidəsinin önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar.

Anım mərasimdə iştirak edənlər Azərbaycan xalqının Ümummilli Liderini müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildirmişlər.

Keçidlər