Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı RT Gənclər Birliyi şəhid ailələrini və qaziləri ziyarət etdilər

11 yanvar 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvləri şəhid ailələri və qazilərə baş çəkmişlər.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayevin rəhbərliyi ilə Vətən Müharibəsi şəhidləri Qızılağac kəndində Əlisa Əliyev, Cavad Babayev, Hüseynhacılı kəndində Elçin Novruzov, Öncəqala kəndində Nurlan Malikov və Masallı şəhərində Vüsal Hadıyevin ailəsinə baş çəkmişlər, ailə üzvləri ilə şəhidlərin xatirələrini bölüşmüşlər. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvləri də öz növbələrində qəhrəman övlad böyüdən şəhid valideynlərinə daim onların yanında olduqlarını bildirmişlər. Şəhid ailələri də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvləri Xırmandalı kəndində qazi, əsgər Namiq Yusubov və Masallı şəhərində qazi əsgər Hikmət mayılovu ziyarət etmiş, səhətləri ilə maraqlanmış və Vətən Müharibəsi qəhrəmanı olmuş qazilərimizə daim dəstək olmağa hazır olduqlarını bildirmişlər. Vətən Müharibəsi qaziləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişlər.

Keçidlər