Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ ANILDI

26 fevral 2015 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Tədbirin yekunu olaraq 26 fevral 2015-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olmuşdur.
             Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə önünə əklillər və təzə tər gül dəstələri düzmüşlər, Xocalı soyqırımı barədə Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin aktyorlarının təqdim etdiyi kompozisiyaya baxmış, şerlər səsləndirmiş və soyqırım qurbanlarının ruhuna dualar oxumuşlar.

Keçidlər