Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı vaksinləşməyə tam hazırdır

19 yanvar 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 19 yanvar 2021-ci il tarixdən ölkə ərazisində COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesinə başlanılmışdır. Artıq bir sıra şəhərlərdə vaksinləşmə prosesinə start verilmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, TƏBİB-in nümayəndəsi və hüquq mühafizə orqan rəhbərləri Masallı rayon Mərkəzi Xəstəxanasında COVİD-19 infeksiyasına qarşı vaksinləşmə aparılacaq məntəqədəki vəziyyətlə tanış olmuşlar. Məntəqədə əhalinin rahat və təhlükəsiz vaksinləşməsi üçün bütün şərait yaradılmışdır. Bundan əlavə Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün Qərargahın yaradılması barədə Masallı rayon İcra hakimiyyəti başçısının 27 fevral 2020-ci il tarixli 48 nömrəli sərəncamına əlavə olaraq 2 qrup yaradılmışdır ki, bu qruplar da vaksinləşmə prosesinə xüsusi nəzarəti həyata keçirəcəklər.
Masallı rayonu üzrə əhalinin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs tərəfindən həyata keçiriləcəkdir. Belə ki, vaksinləşmə prosesinin səmərəli həyata keçirilməsi üçün əlavə olaraq hər birində 1 həkim, 1 orta tibb işçisi və 1 sürücü olmaqla 2 səyyar briqada yaradılmışdır.
İlkin olaraq Masallı rayonunda 945 nəfərdən ibarət tibb işçisinin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsinə başlanacaqdır.
Sonra rayon ərazisində ümumilikdə 103 yaşayış məntəqəsi üzrə 10816 nəfər 65 yaşdan yuxarı olan şəxslər, 25591 nəfər isə 50-65 yaş olan şəxslər olmaqla ümumilikdə 36407 nəfərin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsi aparılacaqdır.
Qeyd etmək istərdik ki, Masallı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi üçün bütün lazımı tədbirlər görülmüş, siyahı müəyyənləşmiş, vaksinləşmə prosesinin həyata keçirlməsi üçün hazırlıq işləri tam yekunlaşmış və rayonumuz vaksinləşmə prosesi üçün tam hazırdır.

Keçidlər