Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şer müsabiqəsinin qalibləri mükafatlandırıldı

21 yanvar 2021 | 16:00

12-19 yanvar tarixlərində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "20 Yanvar" şəhidlərinə həsr olunmuş Qanlı Yanvar mövzusunda 7 -12 yaşlı uşaqlar arasında online şeir müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar-Qanlı tarixini uşaqların və yeniyetmələrin hafizəsində əbədi yaşatmaq, vətən sevgisini, vətən məhəbbətini, pak şəhidlik zirvəsinə ucalmaq amalını onlara aşılamaqdan ibarətdir.

Müsabiqədə I yerə Nəzərova Nazilə Zəfər qızı , II yerə Şahbazova Gülşən Cəsail qızı , III yerə isə Şükürova Rüqəyya Rakif qızı layiq görülüb. Qaliblərə Masallı Gənclər Evinin diplomları təqdim olunmuşdur.

Keçidlər