Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ağacəkmə kampaniyası

14 mart 2015 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə yaradılan Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq və  İctimai Maarifləndirmə Kampaniyası çərçivəsində  martın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən Ümumrespublika Yaşıllaşdırma Marafonu Masallıda iməcilik keçirilib.
Kampaniyada rayonun bütün idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələrinin qatıldığı iməcilik zamanı Masallı-Yardımlı magistral yolunun Ərkivan qəsəbəsindən Qəriblər kəndinədək olan ərazidə ağac əkilib. Eyni zamanda ağac əkini kampaniyası Masallı  şəhəri ilə yanaşı, rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr  yararlı vəziyyətə gətirilib.
Ümumilikdə gün ərzində rayon ərazisində yerli şəraitə uyğun 3000  ağac əkilib. Əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə  zolaqları çəkilib.

İməcilk zamanı həmçinin əvvəllər əkilən  ağac və bəzək kollarına, yaşıllıqlara  da qulluq göstərilib, park və xiyabanlarda səliqə-sahman yaradılıb.

Keçidlər