Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şahin” Hərbi - idman oyunu üzrə rayon birinciliyi

13 aprel 2015 | 15:00

03 aprel 2015-ci il tarixdə  Masallı  rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və əlaqədar təşkilatlarla birgə  Masallı şəhər 3 saylı tam orta məktəbdə  Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin  ordu sıralarına  hazırlanmasında  müstəsna əhəmiyyəti olan  “Şahin”  hərbi-idman oyunu üzrə Rayon birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək komandaları salamlamış və “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək,  orta məktəb şagirdlərinin  hərbi- idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm  hərəkatının  inkişaf etdirilməsini təmin  etməkdən ibarət  olduğunu bildirdi. C.Manafov çıxışında onu da qeyd etdi ki, “Şahin”  hərbi–idman oyunu üzrə keçirilən Rayon birinciliyində qalib gələn komanda 2015-ci ilin Aprel ayında Cəlilabad rayonunda  keçiriləcək  zona  mərhələsində  rayonumuzu təmsil edəcəkdir.

Sonra tədbirdə SHXÇ üzrə DX-nın Masallı rayon Şöbəsinin məsul işçisi kapitan Vüqar Əhmədov, Masallı rayon Təhsil şöbəsinin Metodisti Əyyar Burhanov çıxış edərək, keçirilən yarışda şagirdlərə uğurlar arzulamışlar.

               Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirildikdən sonra komandalar estafet mərhələsini davam etdirmişlər.

               Yarışın yekun nəticəsinə əsasən S.Tağıyev adına Digah tam orta məktəbin komandası I yerə, S.Vurğun adına Türkoba kənd tam orta məktəbin komandası II yerə,   R.Əlihəsənov adına Şəhər 1 saylı tam orta məktəbin komandası III yerə, Fərqləndiyinə görə isə Masallı şəhər 3 saylı tam orta məktəbin komandası və Seybətin tam orta məktəbin komandası diplomla təltif edilmişdir .

Keçidlər