Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətən uğrunda" onlayn şahmat üzrə rayon birinciliyi

23 fevral 2021 | 16:00

Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə rayon gəncləri arasında Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Vətən uğrunda" onlayn şahmat üzrə rayon birinciliyi keçiriləcək.

Birincilik 28 fevral-02 mart 2021-ci il tarixlərdə saat 19:00-da onlayn, İsveçrə sistemində 5+2 formatında olmaqla 90 dəqiqə davam edəcək.

Oyunda iştirak etmək istəyən gənclər MasallıGİİ@gmail.com elektron ünvanına və ya 050-359-77-17 whatsapp nömrəsi ilə əlaqə saxlaya bilər.

I,II və III yerlərə layiq görülmüş şahmat turnirinin qalibləri Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunacaq.

Keçidlər