Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “ Qarabağ-Gözəl yurdum” inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

24 fevral 2021 | 16:00

24.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qarabağ gözəl yurdum” mövzusunda keçirilən müsabiqəsi yekunlaşdı. Karantin rejiminin qaydalarına riayət olunmaqla Masallı rayon Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması keçirildi. Müsabiqənin keçirilməsi şagirdlərin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət kəsb edir.
Müsabiqənin yekun nəticəsinə əsasən gənclər arasında I yer Viləş Uşaq Bağçasının Gənc müəllimi Günəş Əliyeva, məktəblilər arasında I yer N. Nərimanov adına 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Təhməzli Zeynəb və 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Lalə Fəttayeva, II yer Masallı rayonu Musaküçə kənd tam orta məktəbin 4-cü sinif şagirdi Tural Qulamlı və N. Nərimanov adına 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Fidan, III yer Masallı rayon Güllütəpə kənd tam orta məktəbin 4-cü sinif şagirdi Ocaqov Ruhid və Masallı rayon Musaküçə kənd tam orta məktəbin 5-ci sinif şagirdi Həsənova Fizzə layiq görülmüşlər.

Keçidlər