Şriftin ölçüsü :

Saytın rəngi :

"Nizami Gəncəvi əsərlərinin səhnələşdirilməsi" adlı onlayn layihə

24 fevral 2021 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı rayon ümumtəhsil məktəblərinin iştirakı ilə "Nizami Gəncəvi əsərlərinin səhnələşdirilməsi" adlı onlayn layihəyə start verilir!

İştirak etmək üçün son tarix: 10 Mart 2021-ci il.

Müsabiqə şərtləri belədir:

- Hər məktəb yalnız bir video təqdim edə bilər( max 10 dəqiqə);
- Çəkilmiş videolar səsvermə yolu ilə seçiləcək ( instagram, facebook səhifələrimizdə və münsiflər tərəfindən);
- İştirakçıların səhnələndirdiyi videoları bəyənən izləyicilər @masalli_merkez_heyderaliyev səhifəsini izləməlidir (Əks halda səslər nəzərə alınmayacaq);
- Müsabiqədə I, II, və III yerləri tutmuş iştirakçılar diplom ilə mükafatlandırılacaq.

QEYD:
Onlayn lahiyədə iştirak etmək və ya ətraflı məlumat üçün +99450 547 11 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Keçidlər