Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir" mövzusunda onlayn videokonfrans

25 fevral 2021 | 16:00

25.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələrinin iştirakı ilə "Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda onlayn videokonfrans keçirilib.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra mərkəzin direktoru Dilbər İbayeva çıxışına başlayaraq bildirib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Daha sonra söz Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynovaya verilib. D. Hüseynova öz çıxışına Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə başladı: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." O çıxışının davamında qeyd edib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırıma siyasi hüquqi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev vermişdir.
Tədbir çərçivəsində Masallı Dövlət Reginal Kollecin müəllimi Günay Məmmədova çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixini yazan, xalqımızın şərəfini, şanını, uca tutan onun namusu və qeyrəti yolunda yorulmaz mübarizə aparan sevimli sərkərdəmiz - Ali Baş komandanımız cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na kimi apardığı 44 günlük müharibə meydanında erməni cəlladlarından Xocalı faciəsinin intiqamını aldı, xalqımıza baş ucalığı, şərəf, şan gətirdi. Bununlada yenilməz sərkərdəmiz nəinki Xocalı faciəsinin hətta bütün işğal olunmuş Azərbaycan torpaqlarının intiqamını aldı. Xalqımız heç bir vaxt bəşər tarixinin ən ağır və amansız cinayəti olan Xocalı faciəsini unutmayacaqdır. 44 günlük müharibə ərzində şəhid olan, vətən torpaqlarını öz müqəddəs qanları ilə yuyan 2855 nəfər şəhid oğullarımızı həmişə qəlbimizdə saxlayacaq. Onları şərəflə yad edəcək.
Yekunda tələblərdən Mirzəyeva Səbinə və Tağıyeva Arzu mövzu ilə bağlı çıxışlarını təqdim ediblər.

Keçidlər