Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Xalq teatrının "Xocalıya gəlirik" adlı virtual tamaşası

25 fevral 2021 | 16:00

Masallı Xalq teatrının "Xocalıya gəlirik" adlı virtual tamaşası oynanılıb.

Fevralın 24-də Masallı Xalq teatrının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalıya gəlirik" adlı virtual tamaşası oynanılıb.

Sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunan tamaşada erməni millətçilərinin qaniçən və quldur xisləti aktyorların parlaq səhnə işilə ortaya qoyulub. Eyni zamanda, tamaşada Xocalıya qayıdış və işıqlı gələcəyə olan güclü inam obrazların timsalında ustalıqla ifadə olunub.

Virtual tamaşada teatrın rejissoru Cəmaləddin Əliyev, istedadlı gənc aktyorlar Cavid Quliyev və Mərhəmət Lələyev, bədii qiraətçi Ziyafət Hüseynov iştirak ediblər.

Keçidlər