Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş tədbir

25 fevral 2021 | 16:00

25 fevral  2021-ci il tarixdə Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

25 fevral  2021-ci il tarixdə Masallı Elektrik Şəbəkəsində inzibati binasında Xocalı faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq şəbəkə rəisi Səfərov Gündüz Tahir oğlu, Masallı EŞ-nin Balans Uçot şöbəsinin rəisi Yaqubov Famil Əliisgəndər oğlu, Baş mühəndis İslamov Səfər Çingiz oğlu, Mühasib Əhədov Ceyhun Fərhad oğlu, Texnik Salayev Marif Azadxan oğlu və digər işçilərinin çıxışı ilə  tədbir keçirildi.


İclasda  Masallı Elektrik Şəbəkəsinin rəisi Gündüz Səfərov çıxış edərək, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106 qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilmişdir. Xocalı soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli faciəli hadisələrdən biri kimi daxil olduğunu, bu soyqırım eyni zamanda, bütün  bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu və bütövlükdə Azərbaycan xalqına qarşı  yönəldilmiş xocalı soyqırımını ağılasızmaz qəddarlığı bəşər tarixində bir vəhşilik aktı olduğunu öz çıxışında qeyd etdi.
  
   Balans Uçot şöbəsinin rəisi Yaqubov Famil Əliisgəndər oğlu çıxış edərək. bildirdi ki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərdən, müasir dövrə qədər tarix və mədəniyyət əsərlərini  özündə əsk etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi, dünyanın ən qədim qəbristanlığı olan xocalı qəbristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi, erməni vandalizmininn bariz nümunəsi olmaqla dünya mədəniyyətinə qarşı zorakılıq olduğunu bildirdi.
   
Masallı Elektrik Şəbəkəsinin texniki Saleyev Marif Azadxan oğlu çıxış edərək, xocalı soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli faciəli hadisələrdən biri kimi daxil olub, bu soyqırımın eyni zamanda, bütün  bəşəriyyət qarşı tarixi bir cinayət olduğunu bildirdi

Keçidlər