Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş anım mərasimi

25 fevral 2021 | 16:00

25.02.2020-ci il tarixində Masallı rayon Baytarlıq idarəsində Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş anım mərasimi keçirildi.

Mərasimi Masallı rayon Baytarlıq idarəsinin rəisi Azər Məmmədov açdı və Xocalı faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edildi.

Faciə ilə əlaqədar Baytarlıq idarəsinin müavini Dədəmir Təhməzov , aparıcı baytar həkimləri Şəfaət Ağayev və Məmmədağa Əliyev faciə ilə bağlı fikirlərini bölüşdülər. Sonra idarənin kompüter operatoru Şəfəq İbrahimzadə faciənin tarixi haqqında məlumat verdi.

Sonda Xocalı soyqırımına həsr edilmiş slayd iclasda nümayiş edildi

Keçidlər