Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq kəndində həkim məntəqəsinin açılışı

09 may 2015 | 15:00

09 may 2015-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində həkim məntəqəsinin açılış mərasimi olmuşdur.
    Mərasimi giriş sözü ilə açan Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyev gələn qonaqları salamlamış və 9 May Qələbə günündə belə bir müasir həkim məntəqəsinin tikilərək istifadəyə verilməsinə görə ölkə prezidenti cənab İlham Əliyevə və bütün əməyi keçən şəxslərə öz adından və kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
  Qarğalıq kənd ağsaqqalı II Dünya Müharibəsi Veteranı Bəndalı Əliyev, ağsaqqal Rəbbi Kərimov  ziyalı müəllim Adilə Əliyeva, kənd sakini Seyfulla Rəhimov və başqaları əhaliyə xidmət göstərəcək səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə, regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.
    Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq vurğulamışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, bütün rayonlarda olduğu kimi Masallı rayonunda da, o cümlədən Qarğalıq kəndində də   sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir, əhalinin vəziyyəti yaxşılaşır və bu sahədə işlər davam edir.  Bu gün açılışını etdiyimiz həkim məntəqəsi müasir tələblərə cavab verən şəkildə təchiz olunması  bu inkişafın əyani sübutudur. Dövlət rəhbərinin səhiyyə sistemində apardığı uğurlu islahatlar regionlardan uzaq kəndlərdə səhiyyə ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətinin formalaşmasına, ölkə vətəndaşlarının daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaradır.
    Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər