Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sahibkarlara güzəştli kreditlər verilir.

11 iyun 2015 | 15:00

11 iyun 2015-ciu il tarixdə Masallı rayon Təklə inzibati ərazi dairəsinin Sığıncaq kəndində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu güzəştli kreditləşmə məsələlərinə dair işgüzar forum keçirmişdir.
Formda çıxış edən Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov forumun rayon üçün əhəmiyyətini qeyd etmiş, təşəbbüsçülərə və sahibkarlara uğurlar diləmiş, forumun Masallıda həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir.. Natiq sahibkarlara güzəştli kredirtlərin verilməsi, nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətinin möhkəmlənməsi, investisiya layihələrinin maliyyələşməsinin zəruri olduğunu vurğulamışdır.
70-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində prioritet hesab olunan “Yaşıl market”in, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş və meyvə (konserv) emalı müəssisələrinin, istixana, cins heyvandarlıq, intensiv kartofçuluq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Kiçik həcmli layihələrin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi qeyd edilmişdir. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
    SKMF-nun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, 2015-ci ilin ötən dövründə 2637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilmişdir. Bu kreditdən istifadə etməklə investisiya layihələrinin reallaşması 6100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkara 531,5 min manat güzəştli kredit verildi. Həmin kredit taxılçılıq, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Forum çərçivəsində Kolatan kəndində güzəştli kredit ayrılmış intensiv çayçılıq təsərrufatına baxış keçirildi. Çayçılığın inkişafı ilə bağlı 12 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşməsinə 10,7 milyon manat güzəştli kredit verildi. Forumda sahibkarların müraciətinə aydınlıq gətirildi, suallar cavablandırıldı.
Bu kreditlərin tətbiqi nəticəsində 480 yeni iş yeri açılıb.

Keçidlər