Şriftin ölçüsü :

Saytın rəngi :

Kolatan ərazisinə mavi qaz verildi

25 may 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.

             Belə ki, 25 may 2015-ci il tarixdə Kolatan ərazisində Böyük Kolatan və Bağıroba kəndlərinə ümumilikdə 1083 abonentə təbii qaz verilmişdir.

             Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Kolatan ərazisində təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

  Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Kənd ağsaqqalı Əli Bağırov, ziyalı Adil Məmmədov, kənd sakini Sərməgül Orucova və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

             Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və kənd ağsaqqalı Əli Bağırovla birgə təbii qaz verilməsini nümayiş edən alovu alışdırmışdır.

Keçidlər