Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının sədri peyvənd olundu

06 aprel 2021 | 16:00

Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Vətəndaşlarla bərabər rayonun vəzifəli şəxsləri də vaksinləşmə prosesində iştirak edirlər. Belə ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Masallı rayon Mərkəzi Xəstəxanasına gedərək lazımı müayinələrdən keçmiş və COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.

Keçidlər