Şriftin ölçüsü :

Saytın rəngi :

İmtahan həyəcanının aradan qaldırılması

07 aprel 2021 | 16:00

07 Aprel 2021 ci il tarixində  "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin  təşkilatçılığı ilə "İmtahan həyəcanının aradan qaldırılması və düzgün ixtisas seçimində gəncləri istiqamətləndirmək məqsədilə vebinar" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
 Tədbirdə Təlimçi Ramal Şükürov çıxışında bildirmişdir ki, məktəbli, tələbə, kursant, sürücü - hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır. Odur ki, imtahan həyəcanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyəcan bir o qədər çoxdur. Ali məktəblərə qəbul imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahan isə xüsusilə daha çox həyəcan doğurur. Qəbul imtahanları yaxınlaşdıqca gərginlik daha da artır.
Təlimçi Ramal Şükürov qeyd etmişdir ki, imtahana bir gün qalanda abituriyent oxuduqlarını gün ərzində təxminən 1 saat təkrar edə, yaxud ümumiyyətlə, oxumaya bilər. Amma yeni mövzulara qətiyyən toxunmamaq lazımdır, çünki bu, beyin üçün çox böyük yük olar və özünə inamı azaldar. Təmiz havada gəzmək uzun müddət gərgin vəziyyətdə işləyən beynin fəaliyyətini tənzimləyir. Yatarkən isti süd içmək yuxunu möhkəmləndirir, sakitlik yaradır. Bəzi xırdalıqlara gəldikdə isə, məsələn, klassik musiqiyə qulaq asmaq, şokolad yemək, otaqda yasəmən gülünün ətri kimi elementlər yaddaşa çox yaxşı təsir edir.

Keçidlər