Şriftin ölçüsü :

Saytın rəngi :

“15 İyun Milli Qurtuluş Günü” nə həsr olunmuş “Vətənin xilası, Xalqın qurtuluşu” mövzusunda dəyərmi masa

09 iyun 2015 | 15:00

09 iyun 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “15 İyun Milli Qurtuluş Günü” nə həsr olunmuş “Vətənin xilası, Xalqın qurtuluşu” mövzusunda dəyirmi masa  keçirilmişdir.  
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 15 iyun - Milli Qurtuluş Günü  xalqımızın taleyində dönüş anı məhz 22  il bundan öncə, tarixin bü günü xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. XX əsrin sonlarında olduğu kimi, o ağır illərdən əvvəl Azərbaycan tarixinin taleyüklü məsələlərlə dolu bir dövrü də Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə çalışmasından asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir.
             Sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov, fəal gənclərdən Pərvin Cəfərov, Əmrah Abışov , Elvin Əliyev çıxış edərək bildirdilər ki,  Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa ola bilən insan ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.

Keçidlər