Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda futbol idman növü üzrə rayon birinciliyi

13 iyun 2015 | 15:00

29 may-13 iyun 2015-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kəlbəhüseynli kənd  stadionunda “15 İyun Milli Qurtuluş Günü” nə həsr olunmuş  Gənclər  arasında futbol idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.
Birincilik  uğrunda yarışda Masallı rayonun müxtəlif  qəsəbə və kəndləri ilə yanaşı Cəlilabad rayonunda da   yaşayan gənclərdən təşkil olunmuş 2-i komanda  iştrak etmişdir , ümumilikdə yarışda  16 komanda mübarizə aparıb.  Tamaşaçıların marağına səbəb olan  çempionatda komandalar 4 qrupda mübarizə aparıb. Hər qrupda birinci və ikinci yerləri tutan kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşması isə iyunun 13-də  Masallı rayonunun  “ Binə Xocavar” kənd  komandası ilə Cəllilabad rayonunun  “Komanlı” kollektivi arasında olub. Gərgin və qarşılıqlı mübarizə şəraitində keçən oyunda “Binə Xocavar” komandası  rəqibini  2:1 hesabı ilə  üstələyərək çempionatın ən yüksək zirvəsinə ucaldı.  II yeri  Cəlilabad  rayonunun  “Komanlı” komandası , III yerləri  isə  Masallı rayonunun “Çaxırlı” kənd  komandası ilə “Həsənlı” kənd komandaları tutub.
Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdur. Sponsorlar tərəfindən isə pul mükafatı ilə mükafatlandırılmışdır.

Keçidlər