Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda məişət tullantılarının idarə olunması poliqonu istifadəyə verildi

09 iyul 2015 | 15:00

09 iyul 2015-ci il tarixdə Masallı şəhərində Yaponiya hökumətinin ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” Təşkilatçılığı ilə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” ilə reallaşan “Masallı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində məişət tullantılarının idarə olunması poliqonu istifadəyə verilmişdir.

Layihənin başa çatması münasibətlə keçirilən mərasimdə çıxış edən “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” Təşkilatının rəhbəri Yasin Dadaşov bildirib ki, layihənin məqsədi Masallı rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək üçün rayondan kənarda yanma kameraları tikməkdən ibarətdir.

Mərasimdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Yaponiya ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən söhbət açaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini bildirmişdir. Natiq bu layihə də daxil olmaqla, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallıda üç qrant layihəsi  - 2003-cü ildə Masallı rayonunun Mollaoba kəndində məktəb binası, 2013-cü ildə Güllütəpə kəndində tibb məntəqəsi həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi bildirib ki, Masallının təbiəti də insanları kimi gözəldir: “Rayonda çoxlu sayda müalicəvi bulaqlar var. Buranın təbiəti məni çox cəlb edir. Bir daha buraya gəlmək arzusundayam”.

Masallı rayonu məişət tullantılarının idarə olunması poliqonunun istifadəyə verilməsini bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları ərazidə görülən işlərlə yaxından tanış olublar.

Keçidlər