Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri

19 aprel 2021 | 16:00

1. 18 aprel 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
18 aprel 2021-ci il tarixdə 971 nəfərlə görüşülmüş və onlardan 212 nəfərin maskasız olması müəyyən edilmişdir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
18 aprel 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1989 nəfərlə görüşülmüş, onlardan 190 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 18 aprel 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 2960 nəfərlə görüşülmüş və 402 nəfərin maskasız olması müəyyən olunmuşdur.

5. 18 aprel 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozaraq nişan mərasimi keçirməyə cəhd edən 1 nəfər Musaküçə kənd sakini 200 manat məbləğində cərimə olunmuşdur.

Keçidlər