Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Mədəniyyət işçilərinin Ramazan sovqatı

20 aprel 2021 | 16:00

Ramazan ayının başlaması ilə əlaqədar şəhid ailəsi və müharibə iştirakçıları ziyarət olunub.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Masallı rayon komitəsinin təşkilatçılığı və dəstəyi, Masallı Regional Mədəniyyət İdarəsinin rəhbər işçilərinin iştirakı ilə şəhid ailəsi və müharibə qaziləri Ramazan ayının başlaması ilə əlaqədar ziyarət olunub.
Mədəniyyət işçiləri və komitə sədri ilk olaraq Masallı şəhərində şəhid Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin ailəsini ziyarət ediblər. Sonra onlar rayonun Şərəfə və Musaküçə kəndlərində müharibə iştirakçıları Kamran Nazir oğlu Xəlilli, Təhmasib Üzeyir oğlu Rzayev və Həsənağa Hüseynağa oğlu Mirzəyevə baş çəkiblər. Görüşlər zamanı mədəniyyət işçiləri ailələrə Ramazan sovqatı təqdim edib, qazilərin səhhəti və ehtiyacları ilə maraqlanıblar.

Keçidlər