Şriftin ölçüsü :

Saytın rəngi :

I Səmidxan və Ətçələr kəndlərinə təbii qaz verildi

07 iyul 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.

Belə ki, 7 iyul 2015-ci il tarixdə Masallı rayonunun Ətcələr və I Səmədxanlı kəndlərinə təbii qaz verilmişdir. 157 abonenti olan Ətcələr kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 min 695 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 194 abonenti olan I Səmədxanlı kəndinə də 20 min 674 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Ətcələr və I Səmədxanlı kəndlərində təbii qaz verilməsinə həsr olunmuş tədbirlərdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Kənd ağsaqqalı Mirqurban Kərimov, ziyalı Əziz Balaşov, kənd sakini Əbülfəz Həbibov və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
            
Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov kəndin ziyalısı Əziz Balaşovla birgə təbii qaz verilməsini nümayiş edən alovu alışdırmışdır.

Keçidlər