Şriftin ölçüsü :

Saytın rəngi :

Çaxırlı ərazisində təmizlik işləri

22 aprel 2021 | 16:00

Masallı rayon Çaxırlı kəndi ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
Çaxırlı KİƏD üzrə nümayəndəsi Musa Tofiq oğlu Qubadovun və kəndin bələdiyyə sədri Vahid Lətif oğlu Cəlilovun verdiyi məlumatda qeyd olunur ki, mərkəzi və məhəllələrarası yolların kənarları kol-kosdan, məişət tullantılarından təmizlənib, ağaclara qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb.
Qeyd etmək yerinə düşər ki, təmizlik işlərində kəndin gəncləri, fəal vətəndaşlar yaxından iştirak edir, başqalarına nümunə göstərirlər.

Keçidlər