Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatı Qadınlar Şurası Qızılavar kəndində

27 avqust 2015 | 15:00

27 avqust 2015-ci il tarixdə YAP Masallı rayon Qadınlar Şurası Qızılavar kəndində qadınlarla növbəti görüşünü keçirmişdir.
Görüşü giriş sözü açan RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova bildirdi ki, bu görüş sayca 10-cu görüşdür və belə görüşlərimiz davam etdiriləcəkdir. Daha sonra “Cəmiyyətdə qadınların rolu”, “Erkən nikahın fəsadları”, “Savadlı ana-sağlam cəmiyyət” mövzularında söhbət açaraq qarşıdan gələn Parlament seçkilərində zəif cinsin nümayəndələri kimi qadınları fəal olmağa çağıran Gülşən Xəlilova bunun gender bərabərliyinin nümunəsi olduğunu vurğuladı.
RİHB aparatının baş məsləhətçisi Nuranə Əliyeva qeyd etdi ki, görüşümüzün məqsədi ərazimizin qadınları ilə həmrəy olmaq, onların qayğıları ilə yaxından tanış olmaqdır.Görüş formal xarakter daşımır, müraciətlərə məsuliyyətlə baxılır. Hər ərazidəki görüşümüzdən sonra bilirik ki özümüzə yeni rəfiqə qazanmışıq, qadın birliyi yarada bilmişik. 
Daha sonra Qızılavar kənd ümumi orta məktəbinin direktoru, YAP Masallı rayon Qızılavar kənd Qadınlar Şurasının sədri Şölə Əliyeva həmkəndlilərinə üz tutaraq məktəblərdən başlanılaraq qızlarımızla təbliğatların aparılmasının, maarifləndirilməsinin vacibliyini vurğuladı.
Görüşə gələn qadınlardan Lətifə Qənbərzadə, Rəna Novruzova, Sara Novruzova çıxış edərək qadınlarla belə görüşün ilk dəfə və sevindirici hal olduğunu bildirdilər və qeyd etdilər ki, görüşdə daha çox evdar qadının iştirak etməsi onların qayğılarının öyrənilməsi müsbət haldır. Daha sonra məktəbdə qızlarla, valideynlərlə aparılan təbliğatlardan, ali məktəblərə qəbul olunan şagirdlərin sayının ilbəil artması barədə məlumat verdilər. 
Tədbirin davamında evdar qadınlar da çıxış edərək öz müraciətlərini qeyd etdilər.
Yekun olaraq qadınlarla xatirə şəkli çəkdirildi.

Keçidlər