Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirilib

31 avqust 2015 | 15:00

Avqustun 31-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 1770 məzundan 321 nəfərinin ali məktəblərə qəbul olunduğunu vurğulayan R.Hüseynov onlardan 21 nəfərinin 600, 64 nəfərinin 500-dən yuxarı, 3 məzunun isə 690 bal topladığını diqqətə çatdırıb.
Qeyd olunub ki, ali məktəblərə qəbul imtahanları zamanı Masallı şəhər 1 nömrəli tam orta məktəbini bitirən 49 məzundan 3 nəfəri 600, 8 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ali məktəblərə daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Astan İbişov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Toplantıda çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını biliriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara fəxri fərmanlar və pul mükafatları verilib.

Keçidlər