Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Milli adət-ənənələrimiz, milli dəyərlərimiz xalqımızın sərvətidir” mövzusunda tədbir keçirilib

02 sentyabr 2015 | 15:00

02 Sentyabr  2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “Milli adət-ənənələrimiz,milli dəyərlərimiz xalqımızın sərvətidir” mövzusunda tədbir keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı qurluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi bədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəslə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq və kulturologiya elmlərinə şamil edilməsinə böyük ehtiyac vardır. Bildiyimiz kimi, uzun illər ərzində öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranır. Beləliklə, milli adət və ənənələrimiz və onların əsasında formalaşdırılan milli mənəvi dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir.

             Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin direktoru Elxan Kərimov  və başqaları çıxış edərək  bildirdilər ki, İnsanların mənəviyyatı, əxlaqı normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənlərin yaradıcısı həmişə xalq olmuşdur. Hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır. Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələbələrinə uyğun olaraq, onların köhnəlmiş hissələrərini atır, mütərəqqi hissələrini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır. Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi olduğunu dedilər.

Keçidlər