Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurtuluşdan Zəfərə-Fidanların dili ilə” mövzüsunda tədbir

08 iyun 2021 | 16:00

Rəhim Tağıyev adına Masallı Rayon Tarix -Diyarşünaslıq muzeyində “Qurtuluşdan Zəfərə-Fidanların dili ilə” mövzüsunda tədbir keçirilib.
08 iyunda R.Tağıyev adına Masallı Rayon  Tarix -Diyarşünaslıq muzeyində Dəmirçi kənd ümumi tam orta məktəbinin şagirdlərin iştirakı ilə “Qurtuluşdan Zəfərə-Fidanların dili ilə” başlığı altında tədbir keçirilib.
İlk olaraq  Ulu öndər Heydər Əliyev və  vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva 15 iyun Qurtuluş gününü tarixi əsaslarından və ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə bəxş etdiyi töhfhlərdən,  müasir Azərbaycanın möhkəm təməl üzərində durmasının əsasını qoyan bir şəxsiyyət olduğundan danışdı. Vətən müharibəsində qazandığımız  şanlı qələbənin isə məhs ölkə başçımızın həyata keçirtdiyi ədalətli siyasətin nəticəsi olduğunu  balaca fidanlara onların anlaycağı şəkildə izah etdi.
Sonra tədbirdə  fidanların ifasında hazrlanan  “Qurtuluşdan-Zəfərə” bədii kompazisiyası dinlənildi.
Tədbirin sonunda şagirdlər muzeyin ekspozisiyasındakı sərgilənən şəhid əşyalarına və Ulu öndər Heydər Əliyevə aid sərgiyə baxış keçirərək foto şəkil çəkildi.

Keçidlər