Şriftin ölçüsü :

Saytın rəngi :

Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib

17 sentyabr 2015 | 15:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 17-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar  rayonlarından olan sakinləri qəbul edib.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər bu kimi məsələlərə aid olub.
Hər bir vətəndaşın müraciətini diqqətlə dinləyən Xidmət rəisi qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə tabeliyindəki müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Qəbul prosesində əksər məsələlər yerindəcə həllini tapıb. 
  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti orqanlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.

Keçidlər