Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda bu gündən barama tədarükünə başlanılıb

10 iyun 2021 | 16:00

Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr son illər Masallıda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir. Cari ilin yay mövsümündə 140 qutu barama qurdu gətirilərək Masallıda kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb.
Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq 10 iyun 2021-ci il tarixdən barama tədarükünə başlayıblar. Masallı DAİM-in mütəxəssisi Hasil Hüseynov daha sonra qeyd edib ki, rayonda kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

Keçidlər